Binəqədidə ev yanıb 

12:31 31.07.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakı şəhərində yanğın olub.

Hafta.az-a FHN-dən verilən məlumata əsasən, şəhərin Binəqədi rayonunda hər mərtəbəsi 120 m² olan mansarda tipli evin birinci mərtəbəsində ümumi sahəsi 70 m² olan qarajın içərisində 10 m² sahəyə yığılan 15 top parça yanıb.

Ev və parçaların qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.